...

Azərbaycan Təhsil Nazirliyi 67 saylı məktəbin bərpa edilməsinə vəsait ayrılması haqqında Baş nazirə məktub göndərəcək

Cəmiyyət Materials 16 Mart 2010 13:12 (UTC +04:00)
Azərbaycanın təhsil naziri çərşənbə axşamı Bakı şəhəri Sabunçu rayonundaki 67 saylı məktəbin bərpa edilməsi üçün vəsait ayrılması ilə əlaqədar Baş nazirə məktub göndərəcək. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib.
Azərbaycan Təhsil Nazirliyi 67 saylı məktəbin bərpa edilməsinə vəsait ayrılması haqqında Baş nazirə məktub göndərəcək

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri çərşənbə axşamı Bakı şəhəri Sabunçu rayonundaki 67 saylı məktəbin bərpa edilməsi üçün vəsait ayrılması ilə əlaqədar Baş nazirə məktub göndərəcək. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib.

2010-cu ilin martın 10-da Bakı şəhəri Sabunçu rayonunda 67 saylı məktəbdə yanğın baş verib. Yanğın nəticəsində binanın dam örtüyünə ciddi ziyan dəyib. Yanğın nəticəsində heç kim xəsarət almayıb.

Nazirin sözlərinə əsasən, şagirdlər müvəqqəti olaraq peşə məktəblərinə və orta məktəblərə yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti