İranın Qəzvin şəhər məhkəməsinin mətbuat xidmətinin rəhbəri Məzahir Mehrəliyan bildirib ki, Qəzvin şəhərində serial qətllər törədən M.Q. 6 dəfə edama məhkum olunub. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
Mehrəliyan deyib ki, həmin şəxs eyni qaydada 6 qadının ölümünə səbəb olub. "M.Q. islami cəza qanununun 206, 219, 264, 661, 667 və 47-ci maddələrinə əsasən ittiham olunurdu. Həmin şəxs ictimaiyyət qarşısında 6 dəfə edama, 24 ay həbs və 74 zərbə şallağa məhkum olunub, həmçinin oğurladığı malları geri qaytarılmalıdır", - Mehrəliyan deyib.
O əlavə edib ki, həmin şəxs ilk qətlini 2006-cı ildə 32 yaşlı qadını öldürməklə törədib. Digər öldürülən qadınlar isə 50-70 yaş arasındadır və bu qətllər 2008-2009-cı ilin may ayı aralığında törədilib.