...

Azərbaycan və İspaniyanın diplomları qarşılıqlı şəkildə tanına bilər

Cəmiyyət Materials 17 May 2010 14:49 (UTC +04:00)
Azərbaycan və İspaniya arasında diplomların qarşılıqlı tanınması haqda dövlətlərarası müqavilə imzalana bilər.
Azərbaycan və İspaniyanın diplomları qarşılıqlı şəkildə tanına bilər

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan və İspaniya arasında diplomların qarşılıqlı tanınması haqda dövlətlərarası müqavilə imzalana bilər.

Bu bənd Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İspaniyanın Baskon Universitetinin AMEA-nın vitse-prezidenti Arif Həşimovla ispan universitetinin professoru Havyer Bilbao Landat arasında imzalanan əməkdaşlıq haqda müqavilədə qeyd olunub. Bu barədə AMEA-nın məlumatında deyilir.

Əməkdaşlıq haqda müqavilə AMEA ilə Baskon Universitetinin birgə tədqiqatların aparılması, elmi kadrların və tələbələrin hazırlanması, xüsusi proqram və layihələrin təşkili sahəsində birgə işi nəzərdə tutur.

Müqavilənin imzalanması zamanı Havyer Bilbao deyib ki, Avropa ölkələri Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdırlar və imzalanan müqavilə əsasında Avropanın müxtəlif ölkələri ilə, eləcə də Avropa Şurası ilə birgə layihələr işlənilib-hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti