...

Heydər Əliyev Fondu Gənclər və İdman Nazirliyi, UNİCEF-lə birgə yay düşərgəsi keçirəcək

Cəmiyyət Materials 8 Sentyabr 2010 14:57 (UTC +04:00)
Heydər Əliyev Fondu Gənclər və İdman Nazirliyi, UNİCEF-lə birgə yay düşərgəsi keçirəcək.
Heydər Əliyev Fondu Gənclər və İdman Nazirliyi, UNİCEF-lə birgə yay düşərgəsi keçirəcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondu Gənclər və İdman Nazirliyi, UNİCEF-lə birgə yay düşərgəsi keçirəcək.

Heydər Əliyev Fondundan çərşənbə axşamı Trend-ə bildiriblər ki, Xaçmaz rayonunun Nabran qəsəbəsində uşaq hüquqları, sağlam həyat tərzi, yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsi keçiriləcək.

Nabran qəsəbəsindəki "Atlant" istirahət mərkəzində sentyabrın 10-dan 14-dək keçiriləcək 5 günlük düşərgənin təşkilində məqsəd təlim bacarıqları öyrədilməklə əlil uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və həmyaşıdları arasında ünsiyyət vasitələrinə yiyələnmək vərdişlərinin artırılmasıdır.

Yay düşərgəsi Xaçmaz rayonu və Bakı şəhərinin rayonlarından olan 13-17 yaşlarında 45 uşağı əhatə edəcək. Bu uşaqların 50%-ni qızlar, 60%-ni isə əlilliyi olan uşaqlar (fiziki əlilliyi olan uşaqlar) təşkil edəcək. Düşərgənin həyata keçirilməsinə 14 valideyn, 14 texniki işçi və dəvət edilmiş mütəxəssislər cəlb olunacaqlar.

Uşaqlar üç qrupa bölünəcək və hər qrupda diqqət uşaq hüquqları, sağlam həyat tərzi, yaşam bacarıqları və əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası kimi üç əsas mövzuya veriləcək.
Yay düşərgəsi müxtəlif canlandırıcı tədbirlər və idman oyunları ilə müşayiət ediləcək və təlimlərdən sonra axşamlar film nümayişləri və müzakirələr olacaq.

Xəbər lenti

Xəbər lenti