...

Azərbaycanlı gimnast İtaliya çempionatında ən yaxşı nəticə göstərib

Cəmiyyət Materials 22 Noyabr 2010 15:58 (UTC +04:00)
Azərbaycanlı gimnast Aliyə Qarayeva İtaliya çempionatının üçüncü turunda ən yaxşı nəticə göstərib.
Azərbaycanlı gimnast İtaliya çempionatında ən yaxşı nəticə göstərib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycanlı gimnast Aliyə Qarayeva İtaliya çempionatının üçüncü turunda ən yaxşı nəticə göstərib.

İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə İtaliya klub çempionatının üçüncü turu keçirilib. Çempionatda Azərbaycanın iki ən güclü gimnastı Aliyə Qarayeva və Anna Qurbanova iştirak ediblər. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Qarayeva А2 seriyasında yarışan "Ritmika Pyemonte" komandasında çıxış edir. Pesaroda Aliyə iplə çıxış edib və 26.275 bal toplayıb ki, bu da seriyada çıxış edən gimnastlar arasında ən yaxşı nəticə olub.

Beləliklə, onun komandası yenidən üçüncü yeri tutub və final turu ərəfəsində (4 dekabr, Turin) Qurbanovanın yarışdığı A1 seriyasına vəsiqə almaq üçün yaxşı şansa malikdir.

Bir il əvvəl olduğu kimi, Anna "Komense 1872" klubunu müfafiə edir. Hesabat turunda o, dərhal iki predmetlə çıxış edib. Gimnast ip və topla aşağıdakı balları topplayıb: müvafiq olaraq 25.5 və 25.6. Onun klubu 143.5 bal toplayaraq altıncı yeri tutub.

Turindəki final turuna qədər Qarayeva və Qurbanova Xorvatiyaya yola düşəcəklər. Orada noyabrın 26-28-də ənənəvi beynəlxalq turnir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti