...

Azərbaycanın "Baku Fires" klubu Dünya boks liqası (WSB) çərçivəsində Qazaxıstanın "Astana Arlans" klubunu məğlub edib

Cəmiyyət Materials 9 Yanvar 2011 15:25 (UTC +04:00)
Azərbaycanın professional “Baku Fires” klubunun boksçuları yanvarın 8-də Dünya boks liqası (World Series of Boxing) çərçivəsində növbəti görüşünü Qazaxıstanın "Astana Arlans" klubuna qarşı keçirib. Bakıda "Sərhədçi" olimpiya idman mərkəzində keçirilən görüşdə Azərbaycan klubunun boksçuları 3-2 hesabı ilə qələbə qazanıb.
Azərbaycanın "Baku Fires" klubu  Dünya boks liqası (WSB) çərçivəsində Qazaxıstanın "Astana Arlans" klubunu məğlub edib

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Azərbaycanın professional "Baku Fires" klubunun boksçuları yanvarın 8-də Dünya boks liqası  (World Series of Boxing) çərçivəsində növbəti görüşünü  Qazaxıstanın "Astana Arlans" klubuna qarşı keçirib. Bakıda "Sərhədçi" olimpiya idman mərkəzində keçirilən görüşdə  Azərbaycan klubunun boksçuları 3-2 hesabı ilə qələbə qazanıb.

Rinqə öncə Məhəmməd Abdulhəmidov Bağdad Alimbekovla (çəkisi 54 kq) çıxdılar. Döyüşdə "Baku Fires"in təmsilçisi Abdulhəmidov qalib gəldi.

Növbəti döyüş Romal Amanov və Erjan Musafirov (61 kq) arasında keçirildi. Qələbəni Qazaxıstan idmançısı Musafirov qazandı.

Çəkisi 73 kq olan boksçuların döyüşündə Qazaxıstanlı Baxıt Sarsekbayevlə Azərbaycan klubunu təmsil edən Batırjon Mahmudov qarşılaşdı. Sarsekbayev xal sayına görə qalib gəldi.

Çəkisi 85 kq olan boksçuların döyüşündə (Ramazan Maqomedov və Maksvel Amponsa) "Baku Fires" klubunun idmançısı Maqomedov qələbə qazanaraq hesabı bərabərləşdirdi - 2:2.

Sonuncu həlledici döyüşdə (91 kq) Məhəmmədrəsul Məcidov Qazaxıstan təmsilçisi Ruslan Mirsatayevə qalib gələrək komandamıza ümumi hesabda qələbəni gətirdi.

Hazırda WSB-nin Asiya qrupunda "Baku Fires" birinci yerdə qərarlaşıb. Ikinci yeri Qazaxıstan idmançıları tutur. Pekin və İnçxonu təmsil edən klublar üçüncü və dördüncü yerləri bölüşdürür.

Xəbər lenti

Xəbər lenti