...

Azərbaycan-Avropa Cəmiyyəti Londonda mühazirə kursu keçirir

Cəmiyyət Materials 20 Yanvar 2011 11:55 (UTC +04:00)
Azərbaycan-Avropa Cəmiyyəti Londonda Azərbaycanın Aİ-dəki gələcəyinə həsr edilən mühazirə kursu keçirir.
Azərbaycan-Avropa Cəmiyyəti Londonda mühazirə kursu keçirir

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan-Avropa Cəmiyyəti Londonda Azərbaycanın Aİ-dəki gələcəyinə həsr edilən mühazirə kursu keçirir. Bu barədə cəmiyyətin cümə axşamı yaydığı məlumatda deyilir.

Müzakirələr və doktor Alan Reyin mühazirələrinin predmeti Azərbaycan və Aİ-nin gələcək qarşılıqlı münasibətləri olacaq. Doktor Reyin fikrincə, Avropa zonasında cari problemlərə baxmayaraq, Aİ Rusiya və Azərbaycanı özünün vahid bazar məkanına daxil edə bilər. "İnkar etmək olmaz ki, Aİ-nin vahid bazarına çıxış Azərbaycan üçün lazımlı olacaq", - o hesab edir.

Onun fikrincə, Azərbaycan siyasətçiləri qərarların qəbul edilməsi prosesində daha geniş qlobal iqtisadi, mədəni və siyasi dinamikaların imkanlarını nəzərdən keçirməlidirlər.

"Qafqazda münaqişəli vəziyyət Bakı ilə Brüsselin yaxınlaşması məsələsində yubadıcı faktor rolunu oynayır", - Rey hesab edir.

Xəbər lenti

Xəbər lenti