...

Azərbaycan qəbiristanlıqlarında sosial ayrı-seçkilik nümayiş olunur - parlamentin komitə sədri

Cəmiyyət Materials 11 Mart 2011 16:58 (UTC +04:00)
Azərbaycan qəbiristanlıqlarında başdaşı timsalında sosial ayrı-seçkilik nümayiş olunur. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Azərbaycan qəbiristanlıqlarında sosial ayrı-seçkilik nümayiş olunur - parlamentin komitə sədri

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan qəbiristanlıqlarında başdaşı timsalında sosial ayrı-seçkilik nümayiş olunur. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

"Əgər şəriət qanunları ilə hərəkət ediriksə onlara əməl etməliyik. İslam ölkələrinin hər birində qəbiristanlıqda başdaşılar eyni cürdir. Lakin Azərbaycan qəbiristanlıqlarında sosial ayrı-seçkilik özünü göstərir", - Rəcəbli deyib.

Komitə sədri bildirib ki, dünya ölkələrinin praktikasında qəbiristanlıqlarla bağlı qanunlar olsa da, adət-ənənələri qanunda təsbit etmək çətindir.

"Şəriətdə də sosial ədalət öz əksini tapır və bunun da bir elementi başdaşıların eyni olmasında özünü göstərməlidir. Dində var-dövlətlə gözə girmək yasaqdır", - Rəcəbli bildirib.

Millət vəkili həmçinin yeni qəbiristanlıqların şəhərdən kənarda yaradılmasını vacib hesab edir.

"Bakının əhalisi artıb, lakin mövcud qəbiristanlıqlar Bakının 500 min əhalisinə hesablanan qəbiristanlıqlardır", - Rəcəbli deyib.

Xəbər lenti

Xəbər lenti