...

Ermənistandakı köhnəlmiş AES Gürcüstan üçün də təhlükə törədir - gürcü ekspert

Cəmiyyət Materials 15 Mart 2011 11:04 (UTC +04:00)
Qafqazda güclü zəlzələ baş verəcəyi halda Ermənistandakı köhnəlmiş atom reaktoru həm ölkənin özü, həm də qonşuları üçün təhlükə törədər
Ermənistandakı köhnəlmiş AES Gürcüstan üçün də təhlükə törədir - gürcü ekspert

Azərbaycan, Bakı, 15 mart /Trend/

Qafqazda güclü zəlzələ baş verəcəyi halda Ermənistandakı köhnəlmiş atom reaktoru həm ölkənin özü, həm də qonşuları üçün təhlükə törədər. Gürcüstan Texniki Universitetinin energetika və telekommunikasiya fakültəsinin dekanı Giya Arabidze belə hesab edir. Trend-in məlumatına görə, xəbəri GHN agentliyi yayıb.

"Ermənistandakı atom stansiyası artıq dayandırılmalı və bağlanmalı idi. O, işini 2010-cu ildə dayandırmalı idi, çünki müəyyən problemlərə malikdir. Stansiya zəlzələ baş veəcəyi halda ciddi müdafiəni təmin etməyə qadir deyil. Bundan əlavə, hər iki reaktor istismardan çıxıb, çünki onların istismar dövrü çoxdan başa çatıb", - Arabidze GHN agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanda güclü müdafiə olunmuş atom stansiyası tikmək planlaşdırılıb, lakin bu proses üç dəfə təxirə salınıb.

"Əgər Ermənistanda zəlzələ baş versə və külək radioaktiv maddələri Gürcüstana gətirsə (küləyin istiqaməti böyük önəm kəsb edir), bizim ərazimiz də Çernobıl qəzası baş verdiyi vaxtdakı kimi çirklənəcək. Aydındır ki, birbaşa şüalanma bizə toxunmayacaq, lakin Gürcüstanda və bütün dünyada radiasiya fonu artacaq", - Arabidze bildirib.

Xəbər lenti

Xəbər lenti