...

Azərbaycanda Novruz mərasimlərinə başlanıb (FOTO)

Cəmiyyət Materials 15 Mart 2011 21:18 (UTC +04:00)
Azərbaycanda Novruz mərasimlərinə başlanıb. Trend-in məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində ilaxır çərşənbə ilə bağlı bayram tədbirləri keçirilib.
Azərbaycanda Novruz mərasimlərinə başlanıb (FOTO)

Yeni fotoşəkillər əlavə olunub

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Novruz mərasimlərinə başlanıb. Trend-in məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində ilaxır çərşənbə ilə bağlı bayram tədbirləri keçirilib. Bayram tədbirləri Bakının Neftçilər prospektindəki "Azneft" meydanından başlanıb. Milli geyimli gənclərin, Novruz bayramının əsas simvollarından sayılan Kosa və Keçəl, eləcə də Dədə Qorqud rollarında oynayan aktyorların tamaşası paytaxt sakinlərinin böyük marağına səbəb olub.

Bundan əlavə, "Azneft" meydanındakı tədbirdə Azərbaycan xalqının qədim tarixini özündə əks etdirən tamaşalar da göstərilib. Orta əsrlərin döyüşçülərinin geyimində olan gənclər at belində, cəngi musiqisinin sədaları altında dairə vurublar.

Tamaşanın sonlarında atəşfəşanlıq da olub. Daha sonra tədbir iştirakçıları karvanla Suraxanı Atəşgahına gedib və orada bayram məşəlini alovlandırıblar. Axşama yaxın həmin atəşlə Qız qalasının üstündəki üç məşəl də alovlandırılacaq. Bayram tərdbirləri konsert proqramı ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti