...

Özbəkistanda Azərbaycan Gəncləri Günlərinə start verilir

Cəmiyyət Materials 25 Aprel 2011 11:18 (UTC +04:00)
Özbəkistanda Azərbaycan Gəncləri Günlərinə start verilir.
Özbəkistanda Azərbaycan Gəncləri Günlərinə start verilir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Özbəkistanda Azərbaycan Gəncləri Günlərinə start verilir.

Aprelin 25-dən Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanın tanınmış "Kamolot" İctimai Şurasının dəvəti ilə Özbəkistana yollanır. Bu barədə Trend-ə nazirlikdən bildirilib.

Azərbaycan Gəncləri Günləri çərçivəsində bir sıra tədbirlərin, eləcə də yaradıcı gənclərin iştirakı ilə konsert proqramının, gənc rəssamların əsərlərindən ibarət sərgi və moda nümayişinin keçirilməsi nəzərdə tutulub.

Tədbir aprelin 28-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti