Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xaçmazda seçici hüquqlarının müdafiəsi məsələlərini müzakirə edib. Bu barədə Trend-ə AVCİYA-dan məlumat verilib.
Seminar Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili" layihəsi çərçivəsində baş tutub.
Tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Çıxışlarda seçki şikayətlərinə baxılması prosedurunun nisbətən sadələşdirilməsinə, "Seçki Məcələsi"nə beynəlxalq standartlara uyğun bir sıra dəyişikliklər edilməsinə ehtiyac olduğu xüsusi qeyd edilib.
Seminarda QHT nümayəndələri, müəllimlər, KİV və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda AVCİYA-nın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı tövsiyələri iştiakçıların nəzərinə çatdırılıb.