Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/
Mətbuat Şurasına Daxili İşlər Nazirliyindən məktub daxil olub.
Mətbuat Şurasından cümə günü Trend-ə bildiriblər ki, "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həziyevin naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı şikayəti cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Abşeron Rayon Prokurorluğuna göndərilib.
Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Mətbuat Şurasına daxil olan məktubda bildirilib.
Nazir Ramil Usubovun imzaladığı məktubda eyni zamanda qeyd edilib ki, Həziyevin Abşeron Rayon Polis Şöbəsinə müraciəti ilə bağlı araşdırma aparılaraq toplanmış materiallar üzrə 30 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanıb.
İşin istintaqı nəzarətə götürülüb, bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülür.
Mətbuat Şurasına Daxili İşlər Nazirliyindən məktub daxil olub
Mətbuat Şurasına Daxili İşlər Nazirliyindən məktub daxil olub
