Azərbaycan, Bakı, 11 may /Trend/
Sabah Azərbaycan ərazisində hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 12-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Azərbaycan sinoptikləri mülayim hava şəraiti vəd edirlər
Sabah Azərbaycan ərazisində hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək
