...

Ramiz Rzayev: Azərbaycanda korrupsiya hüquqpozmaları ilə bağlı bir neçə hakim cəzalandırılıb

Cəmiyyət Materials 8 İyun 2011 12:47 (UTC +04:00)
Azərbaycanın məhkəmə sistemində korrupsiya hallarının qarşısının alınması üçün ciddi tədbirlər görülür və korrupsiya hüquqpozmaları ilə əlaqədar bir neçə hakim cəzalandırılıb. Trend-in, məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
Ramiz Rzayev: Azərbaycanda korrupsiya hüquqpozmaları ilə bağlı bir neçə hakim cəzalandırılıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın məhkəmə sistemində korrupsiya hallarının qarşısının alınması üçün ciddi tədbirlər görülür və korrupsiya hüquqpozmaları ilə əlaqədar bir neçə hakim cəzalandırılıb. Trend-in, məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

"Korrupsiya tək rüşvət almaq deyil, geniş anlam daşıyır. Süründürməçilik halları da korrupsiyanın əlamətidir. Bizim məqsədimiz cəmiyyətin ədalət mühakiməsinə inamını artırmaqdır. Azərbaycanda məhkəmələr insanların güvənc yeri olmalıdır. Vətəndaşlar hüquqları pozulduğu halda onların bərpa olunması üçün məhkəməyə müraciət edir. Məhkəmədə də onun hüququ pozularsa, bu, yolverilməzdir. Məhkəmə cəza evi deyil, burada ədalət bərqərar olunmalıdır", - Rzayev deyib.

Onun sözlərinə görə, ötən il respublika məhkəmələrində 119 mindən artıq işə baxılıb, onların 14 mini cinayət işləri, 105 mini isə mülki işlər olub.

"Bu mübahisələr sivil qaydada məhkəmədə həll olunmalıdır. Məhkəmələrin qərarları ədalətli olmalıdır ki, vətəndaş məhkəməni özünə güvənc yeri bilsin", - Ali Məhkəmənin sədri bildirib.

Xəbər lenti

Xəbər lenti