...

İyulda Bakıda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 30 İyun 2011 13:15 (UTC +04:00)
İyulda havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
İyulda Bakıda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İyulda havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Trend-in məlumatına görə bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Məlumata görə, ay ərzində ölkə ərazisində yağıntıların qeyri-bərabər paylanması gözlənilir, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlükdə tez-tez güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında iyulda orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34 dərəcə isti, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.

Azərbaycanın regionlarında orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olması proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti