...

Türkiyədə Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli akademik jurnalı nəşr olunub

Cəmiyyət Materials 18 İyul 2011 17:43 (UTC +04:00)
Türkiyədə Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli akademik jurnalı nəşr olunub.
Türkiyədə Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli akademik jurnalı nəşr olunub

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Türkiyədə Cənubi Qafqaz regionu ətrafında intellektual müzakirələri təşviq etmək və beynəlxalq arenada bu müzakirələri istiqamətləndirmək məqsədilə müəllifləri xarici və region dövlətlərin elm xadimləri və araşdırmaçıları olan "Caucasus International" jurnalının ilk sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, redaksiya heyətinə dünyanın beynəlxalq münasibətlər sahəsinin nüfuzlu simalarının daxil olduğu jurnal Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən rübdə bir dəfə ingilis dilində nəşr olunması məqsədilə təsis edilib.

Jurnalın ilk sayı "Cənubi Qafqaz regionu beynəlxalq arenada: regional və beynəlxalq perspektivlər" başlığı ilə nəşr edilib.

Jurnalın bu sayının müəllifləri sırasında STRATFOR Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki Corc Fridman, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, İsrailin Hayfa Universitetinin professoru Brenda Şafer, "Rusiya Qlobal Siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov, "Enerji Təhlükəsizliyi" jurnalının redaktoru Kevin Rozner, Gürcüstanın "Strateji və Beynəlxalq Tədqiqatlar Fondu"nun aparıcı elmi işçisi Vladimer Papavayla yanaşı, azərbaycanlı gənc ekspertlər - Rəşad Kərimov, Fariz İsmayılzadə və Anar Vəliyev də yer alıb.

"Caucasus International" jurnalı Türkiyənin kitab evlərində, D&R mağazalar şəbəkəsinin Türkiyə və Avropadakı şöbələrində satışda var, eləcə də qısa müddət ərzində Bakı şəhərindəki kitab mağazalarında satışda olacaq.

Xəbər lenti

Xəbər lenti