Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti Xəzər dənizinin Azərbaycan sektorunda apardığı tədqiqatlar zamanı xərçəngkimilər fəsiləsindən yeni növ aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə Departamentin cümə günü yaydığı məlumatda bildirilir.
"Volgocuma caspia sp.nov" adlandırılan kumkimi xərçəngkimilər fəsiləsindən elm üçün yeni olan bu növü qeydiyyatdan keçirmək üçün Müəllif Hüquqları Agentliyinə müraciət olunub və lazımi sənədlər təqdim edilib.
Xəzər dənizində "Cumacea" (kumkimi) fəsiləsinin 8 cinsə aid 18 növü mövcuddur və onlardan 2 cins və 6 növ Xəzər dənizinin endemik canlılarıdır.