...

Azərbaycan ABŞ Dövlət Departamentinin hesabatını araşdırır

Cəmiyyət Materials 14 Sentyabr 2011 16:22 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin sentyabrın 13-də açıqladığı "Dini etiqad azadlığı" ilə bağlı 2010-cu ilin iyul-dekabr aylarını əhatə edən yarımillik hesabatı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən araşdırılır.
Azərbaycan ABŞ Dövlət Departamentinin hesabatını araşdırır

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

ABŞ Dövlət Departamentinin sentyabrın 13-də açıqladığı "Dini etiqad azadlığı" ilə bağlı 2010-cu ilin iyul-dekabr aylarını əhatə edən yarımillik hesabatı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən araşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə günü Dövlət Komitəsinin mətbuat katibi Saleh Aslanov açıqlayıb.

O qeyd edib ki, hesabatın rəsmi variantı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olmayıb. "Ancaq qeyri-rəsmi olsa da, hesabatın elektron informasiya bazasında yerləşdirilmiş variantı tərəfimizdən öyrənilir", - o qeyd edib.

ABŞ Dövlət Departamentinin sentyabrın 13-də açıqladığı "Dini etiqad azadlığı" ilə bağlı 2010-cu ilin iyul-dekabr aylarını əhatə edən yarımillik hesabatında Azərbaycanla bağlı məsələlər də öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti