...

Qobustan rayon prokuroru səhhətində yaranan problemlə əlaqadər vəzifəsinin icrasına başlaya bilmir

Cəmiyyət Materials 1 Oktyabr 2011 11:10 (UTC +04:00)
Abşeron rayonunun sabiq prokuroru Azər Vahabzadə Qobustan rayon prokuroru təyin edilib. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.
Qobustan rayon prokuroru səhhətində yaranan problemlə əlaqadər vəzifəsinin icrasına başlaya bilmir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Abşeron rayonunun sabiq prokuroru Azər Vahabzadə Qobustan rayon prokuroru təyin edilib. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

Bəzi KİV-lərdə informasiya yayılmışdı ki, Vahabzadə ərizə yazaraq vəzifəsindən imtina edib.

Qaralov deyib ki, qanuna görə, prokurorlar 5 il müddətinə təyin olunurlar, müddət başa çatandan sonra onların yeni vəzifələrə təyinat ıhəyata keçirilir.

"Abşeron rayon unun sabiq prokuroru Azər Vahabzadə mənim əmrimlə Qobustana prokuror təyin edilib. Mənə verilən məlumata görə, səhhətində yaranan problemlə əlaqadər hələki vəzifəsinin icrasına başlaya bilmir. Səhhətində hər hansı bir problem varsa, biz bu məsələni araşdıraca ğıq və müvafiq qərar qəbul edəcəyik" , - Qaralov deyib.

Xəbər lenti

Xəbər lenti