...

Azərbaycanda turizm şirkətləri ilə turistlər arasında müqavilələrin bağlanılması qanunla tənzimlənəcək

Cəmiyyət Materials 6 Oktyabr 2011 15:24 (UTC +04:00)
Azərbaycanda turizm şirkətləri ilə turistlər arasında hər iki tərəfin vəzifə və məsuliyyətini müəyyənləşdirən müvafiq müqavilələrin bağlanması qanunla tənzimlənəcək.
Azərbaycanda turizm şirkətləri ilə turistlər arasında müqavilələrin bağlanılması qanunla tənzimlənəcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm şirkətləri ilə turistlər arasında hər iki tərəfin vəzifə və məsuliyyətini müəyyənləşdirən müvafiq müqavilələrin bağlanması qanunla tənzimlənəcək.

Mədəniyyət və Turizm Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, fəaliyyətin belə formada təşkili ekskursiya rəhbərləri, xidmətləri, turizm bələdçiləri və təlimatçılarına da aid ediləcək. Bu məsələ "Turizm haqqında" qanun layihəsində öz əksini tapıb.

Bununla yanaşı, layihəyə turistlərə tibbi xidmətin göstərilməsi ilə bağlı yenilik də daxil edilib.

Yeni layihə xarici turistlərin öz ölkələrində etdirdikləri tibbi sığortadan Azərbaycanda, Azərbaycan turistlərinin isə xarici ölkələrdə istifadə imkanlarını artıracaq.

Turistlərə tibbi xidmət zəruri hallarda göstəriləcək. Bu, onun öz ölkəsində etdirdiyi tibbi sığortası hesabına olacaq.

"Turizm haqqında" yeni qanun layihəsi artıq müvafiq dövlət orqanları ilə razılaşdırılıb. Sənəd layihəsi üzərində aparılan işlər yekunlaşmaq üzrədir. Layihə yaxın zamanda Milli Məclisə təqdim ediləcək. Layihə 7 fəsil, 29 maddədən ibarətdir.

"Turizm haqqında" əvvəlki qanun 1999-cu ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti