...

Azərbaycanda ev heyvanlarının xarici görkəminin dəyişdirilməsinə məhdudiyyət qoyulub

Cəmiyyət Materials 20 Oktyabr 2011 17:35 (UTC +04:00)
Azərbaycanda ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədilə cərrahi əməliyyatların aparılmasına məhdudiyyətlər qoyulub.
Azərbaycanda ev heyvanlarının xarici görkəminin dəyişdirilməsinə məhdudiyyət qoyulub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədilə cərrahi əməliyyatların aparılmasına məhdudiyyətlər qoyulub.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu, Baş nazir Artur Rasizadə tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"na əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədilə və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması və s.) aparılmasına məhdudiyyət qoyulub.

Yeni əlavələrdə yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsinə də məhdudiyyət qoyulub.

Sənəddə qeyd olunur ki, baytar həkiminin rəyinə əsasən, qeyri-müalicəvi proses heyvanın faydası üçün və ya baytarlıq-sanitariya tibbi baxımından lazım olduqda, habelə axtalama məqsədilə ev heyvanlarının qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması və s. cərrahi əməliyyatlar aparıla bilər.

Xəbər lenti

Xəbər lenti