...

Azərbaycanda insan alveri ilə bağlı axtarışda olan 3 nəfər İnterpol xətti ilə tutulub

Cəmiyyət Materials 24 Oktyabr 2011 12:07 (UTC +04:00)
Bu ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib.
Azərbaycanda insan alveri ilə bağlı axtarışda olan 3 nəfər İnterpol xətti ilə tutulub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun insan alverinə qarşı mübarizə ilə bağlı parlamentə təqdim etdiyi hesabatda deyilir.

Hesabatda bildirilir ki, bu ilin 9 ayında insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, cinayəti törətmiş 17 nəfər saxlanılıb. İnsan alveri qurbanı olan 27 nəfər müəyyən olunub.

Bu cinayətə görə, beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfəri İnterpol xətti ilə tutularaq istintaqa təhvil verilib, hazırda 17 nəfərin axtarışı davam edir.

İnsan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, 2 nəfəri Rusiyaya aparılıb.

Hesabatda qeyd olunur ki, qurbanlardan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. Onlardan 14-ü 25-35 yaş həddində, 25-i subay olub.

Xəbər lenti

Xəbər lenti