...

Ziya Məmmədov: Bakıda nəqliyyatın intellektual idarə edilməsi sistemi dekabrda işə salınacaq

Cəmiyyət Materials 25 Oktyabr 2011 12:03 (UTC +04:00)
Azərbaycanda nəqliyyatın intellektual idarə edilməsi sistemi dekabrda istismara veriləcək. Bu barədə dünən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nəqliyyat naziri Ziya Məmmədov deyib.
Ziya Məmmədov: Bakıda nəqliyyatın intellektual idarə edilməsi sistemi dekabrda işə salınacaq

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir E.İsmayılov /

Azərbaycanda nəqliyyatın intellektual idarə edilməsi sistemi dekabrda istismara veriləcək. Bu barədə dünən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nəqliyyat naziri Ziya Məmmədov deyib.

Onun sözlərinə görə, sistemin inzibati binasının tikintisi başa çatdırılıb, sistemin əhatə dairəsində sahə avadanlıqlarının və intellektual idarəetmə mərkəzində informasiya texnologiyaları avadanlıqlarının quraşdırılması yekunlaşıb, hazırda mərkəzdə proqram təminatının yüklənməsi üzrə işlər aparılır.

Sistem birinci mərhələdə Bakını, ikinci mərhələdə Abşeron yarımadasını əhatə edəcək. Üçüncü mərhələdə isə Azərbaycanın bütün ərazisinə yayılacaq.

Sistemin bəzi funksiyalarının yenidən işlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin terror aktlarının qarşısının alınması üzrə bir sıra tədbirlərin həyata keçirilməsi haqqında qərarına uyğun olaraq layihə bahalaşıb. Onun dəyəri 19 milyon dollar bahalaşıb. Layihənin ilkin dəyəri 77 milyon dollar təşkil edir.

Dəyişiklərin edilməsi nəticəsində videoaxınların və onların qeydiyyatının artırılması təmin olunub. Habelə informasiya terminallarının sayı 300-dən 664 ədədədək artırılıb. İşlərin genişləndirilməsi çərçivəsində Bakının küçələrində quraşdırılması nəzərdə tutulan məlumat tablolarının sayı 20-dən 48 ədədədək artıb.

Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140 meydanın yaradılması planlaşdırılır. Artıq 375 yeni dayanacaq yaradılıb, daha 289 dayanacağın yaradılması nəzərdə tutulur. Eləcə də 42 dayanacağın yerinin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 10-u ləğv olunacaq. Bu işlər yol polisi və intellektual sistemin yaradılması prosesində iştirak edən koreyalı mütəxəssislərlə birgə aparılır.

İntellektual sistem elektrontipli 150-yə yaxın yeni işıqforun yerləşdirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti