...

Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gələcək

Cəmiyyət Materials 11 Noyabr 2011 11:51 (UTC +04:00)
Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai noyabrın 14-də Azərbaycana səfərə gələcək.
Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gələcək

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir İ.İsabalayeva/

Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai noyabrın 14-də Azərbaycana səfərə gələcək. Bu barədə cümə günü Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, Taleb Rifai noyabrın 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək. Görüşdə ÜTT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Daha sonra tərəflər həmin gün mətbuat konfransı keçirəcəklər. Noyabrın 16-da isə Azərbaycan Turizm İnstitutunda Taleb Rifaiyə ATİ-nin "Fəxri doktoru" adının verilməsi münasibətilə tədbir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti