...

Müasir cəmiyyətdə memarlıq və inşaatın roluna həsr olunmuş silsilə tədbirlərinə start verilib

Cəmiyyət Materials 21 Noyabr 2011 12:56 (UTC +04:00)
Noyabrın 18-də müasir cəmiyyətdə memarlıq və inşaatın roluna həsr olunmuş silsilə tədbirlərinə start verilib
Müasir cəmiyyətdə memarlıq və inşaatın roluna həsr olunmuş silsilə tədbirlərinə start verilib

Noyabrın 18-də müasir cəmiyyətdə memarlıq və inşaatın roluna həsr olunmuş silsilə tədbirlərinə start verilib.

Niderland Krallığının Səfirliyi və bir sıra Holland və Azərbaycan şirkətlərinin sponsorluğu ilə Bakı Dəniz terminalının binasında seminar təşkil olundu və bu sahə üzrə aparıcı Holland şirkətləri öz təcrübə və biliklərini maraq göstərən Azərbaycanlı tərəfdaşlarla mübadilə etdilər.

Belə ki, "Mecanoo" Hollandiya Memarlıq Bürosu Bakıda keçiriləcək "Eurovision 2011" mahnı müsabiqəsi barədə öz təsəvvürlərini - tenderin konkret namizədlər siyahısına salınmış, lakin həyata keçirilmək üçün seçilməmiş layihəni nümayiş etdirdi. Azərbaycanda limanın təkmilləşdirilməsi və gəmiqayırma sahəsində fəaliyyət göstərən "Royal Haskoning" şirkəti isə ictimai tikililərin və şəhərin inkişafı üzrə layihələrin təqdimatını həyata keçirdi.

Həm Hollandiya, həm də Azərbaycan çay deltasında yerləşən ölkələrdir. Hollandiyanın bu sahə üzrə mütəxəssisi - "Deltares" ekspert mərkəzi qruntun inşaat işlərinə hazırlanması üçün ən yaxşı üsullardan bəzi nümunələr göstərdi. Xəzər regionunun bütün ölkələrində fəaliyyət göstərən "Witteveenbos" mühəndislik və məsləhət şirkəti isə davamlı inkişaf layihələrini həyata keçirmək üçün müvafiq qanunvericilik bazasına toxundu. Seminarda Azərbaycanın təxminən 40 şirkət və memarı iştirak etdi.

Beləliklə, Hollandiyanın "Mecanoo" və "Rem Koolhaas" kimi 11 aparıcı memarlıq bürosunun layihələrini nümayiş etdirən və holland memarlığı və gələcək konsepsiyalara həsr olunmuş sərginin rəsmi açılışı Niderland Krallığının səfiri cənab Aryen Uyterlinde (Arjen Ujterlinde) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri A. Ələsgərov tərəfindən həyata keçirildi.

Hollandiya Memarlıq İnstitutu tərəfindən təşkil olunmuş bu sərgi noyabr ayının 28-nə kimi davam edəcək. Sərgiyə giriş pulsuzdur. Noyabr ayının 28-də saat 11:00-da isə Niderland Krallığının Səfirliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən təşkil olunmuş seminar keçiriləcək və həmin seminarda Hollandiya Memarlıq İnstitutunun rektoru cənab Ole Bouman mühazirə ilə çıxış edəcəkdir.

Xəbər lenti

Xəbər lenti