...

Ermənistanda uşaqların 41,4 faizi yoxsulluq içində yaşayır

Cəmiyyət Materials 13 Dekabr 2011 15:41 (UTC +04:00)
Ermənistandakı uşaqların 3,7 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, ümumilikdə isə uşaq yoxsulluğu 41,4 faiz təşkil edir.
Ermənistanda uşaqların 41,4 faizi yoxsulluq içində yaşayır

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Ermənistandakı uşaqların 3,7 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, ümumilikdə isə uşaq yoxsulluğu 41,4 faiz təşkil edir. Halbuki, əhalinin ümumi yoxsulluq göstərcisi 35,8 faiz təşkil edir. Trend-in "Panorama.am" saytına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Ermənistanın Əmək və Sosial Məsələlər Naziriliyinin Sosial dəstək idarəsinin sədri Astqik Minasyan uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş parlament müzakirələrində bildirib.

Nazirliyin nümayəndəsi qeyd edib ki, ünvanlı ailə müavinəti aktual olaraq qalır. "Necə edək ki, müavinət məhz yoxsul ailələrə çatsın?" - o deyib.

Onun sözlərinə görə, son ildə həyata keçirilən məlumat bazasının uyğunluq səviyyəsinin yüksəldilməsi əvvəllər sistemdə qeydiyyatda olmayan və müavinət düşən yoxsul ailələri aşkar etməyə imkan verib.

Xəbər lenti

Xəbər lenti