Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 24.02.2011-ci il tarixindən ilin sonuna kimi 7297 müraciət daxil olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müraciətlərin 3682-si şikayət olub. Onların 908-i əsaslı, 2774-ü isə əsassız olub. Ümumilikdə, müraciətlərin 2049-u sorğu xarakterli olub, 403-ü aidiyyəti üzrə deyil, 1163-ü isə cari problemlərlə bağlı olub.
"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.