...

Azərbaycanın turizm potensialı Vyanada keçirilən beynəlxalq turizm sərgisində təbliğ edilir

Cəmiyyət Materials 12 Yanvar 2012 17:22 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi və bır necə yerli turizm şirkəti Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Ferien Messe 2012" beynəlxalq turizm sərgisində iştirak edir.
Azərbaycanın turizm potensialı Vyanada keçirilən beynəlxalq turizm sərgisində təbliğ edilir

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və bır necə yerli turizm şirkəti Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Ferien Messe 2012" beynəlxalq turizm sərgisində iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 12-15-də keçirilən sərgi nazirliyin 2012-ci ildə iştirak etdiyi ilk beynəlxalq turizm sərgisidir.

Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kv.m sahədə Azərbaycan lövhəsi quraşdırılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara alman, ingilis dillərində 30-a yaxın müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanıb.

Azərbaycan "Ferien Messe" beynəlxalq turizm sərgisində 2007-ci ildən etibarən hər il iştirak edir. Bu tədbirdə ölkəmizlə yanaşı, 70 ölkədən 800-ə yaxın şirkət təmsil olunur.

Azərbaycan turizminin tanıdılması və ölkəyə turistlərin cəlb olunması məqsədilə 2012-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi 21 beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti