Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/
Gəncliyə Yardım Fondunda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan "dəyirmi masa" təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.
"20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusundakı tədbirin keçirilməsinin əsas məqsədi 20 Yanvar faciəsinin növbəti ildönümünün anılması və tarixi faktların gənclərə çatdırılmasıdır.
Tədbirdə tələbə-gənclər təşkilatlarının, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulub.
Tədbir yanvarın 19-da Fondun iclas zalında gerçəkləşəcək.