...

Azərbaycanda ötən il 62 mindən çox şəxsə sürücülük vəsiqəsi verilib

Cəmiyyət Materials 19 Yanvar 2012 18:14 (UTC +04:00)
Ötən il Azərbaycanda 73337 avtomobil ilkin qeydiyyata alınıb, 62208 sürücülük vəsiqəsi verilib.
Azərbaycanda ötən il 62 mindən çox şəxsə sürücülük vəsiqəsi verilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycanda 73337 avtomobil ilkin qeydiyyata alınıb, 62208 sürücülük vəsiqəsi verilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışdan keçməyən nəqliyyat vasitələri ilə bağlı araşdırmaların aparılması, texniki cəhətdən nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınması, bu xətalara görə sürücülərin və digər aidiyyəti şəxslərin inzibati məsuliyyətə cəlb olunması sahəsində tədbirlər davam etdirilib.

2011-ci il ərzində aparılan yoxlamalar nəticəsində 4449 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq nəticəsi üzrə müvafiq inzibati tədbirlər görülüb.

Ötən il yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 892409 yol hərəkət qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 18233, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 100755, ötmə qaydalarının pozulması üzrə 13940, yolayrıcıların keçilməsi qaydalarının pozulması üzrə 43548, sərnişin daşıma qaydalarının pozulması üzrə 5238 fakt aşkar ediblər.

Bu pozuntulara görə 49610 sürücü yerində cərimə olunub, 3608 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

2011-ci il ərzində respublika ərazisində 26 nəfərin həlak olması və 93 nəfərin yaranlanması ilə nəticələnmiş 116 yol nəqliyyat hadisəsi bağlı qalıb.

2011-ci il ərzində "Siqnal" İLİ tərəfindən 21 işıqfor obyekti quraşdırılıb, 3954 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 1686000 pm cizgilənmə işi aparılıb.

2011-ci il ərzində 181 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub. Onlardan 168-i tapılıb.

BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 258 avtomobil və 65 nəfər saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 412 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 39 əməkdaş DİO-da xidmətdən xaric, 20 nəfər isə tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

Xəbər lenti