...

Azərbaycanın rayonlarına gedən yollar açıqdır

Cəmiyyət Materials 10 Fevral 2012 10:25 (UTC +04:00)
Azərbaycanın bütün magistral yolları avtomobillərin hərəkəti üçün açıqdır. Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.
Azərbaycanın rayonlarına gedən yollar açıqdır

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın bütün magistral yolları avtomobillərin hərəkəti üçün açıqdır. Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Əliyev deyib ki, bütün magistral yolların hərəkət hissəsinə qar yağsa da, nəqliyyatın hərəkəti üçün problemlər yaranmayıb.

Onun sözlərinə görə, yollara yağan qarın və əmələ gələn buz örtüyünün təmizlənməsi üçün texnika səfərbər olunub.

Dövlət Yol Polisi əməkdaşlarının və müvafiq yol istismar idarələrinin əməkdaşlarının birgə fəaliyyəti ilə həmin ərazilər qardan təmizlənir. Bəzi enişli-yoxuşlu hissələrə duzun, qumun səpilməsi prosesi davam edir və nəqliyyatın hərəkəti bütün istiqamətlərdə, eləcə də Bakıda mövcuddur.

Qeyd edək ki, fevralın 7-dən Azərbaycan ərazisində havanın temperaturu kəskin düşüb. Bakıda çovğun başlayıb və havanın temperaturu səhər saatlarında mənfi 9-10 dərəcə olub.

Azərbaycanın əksər rayonlarında qarlı və şaxtalı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti fevralın 12-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti