...

Ukrayna 135 vergi növü ilə dünya lideridir

Cəmiyyət Materials 5 Mart 2012 20:42 (UTC +04:00)
Dünya Bankının 2011-ci ilə olan məlumatına əsasən, Ukrayna 135 vergi növü ilə dünyada birinci yerdə qərarlaşıb.
Ukrayna 135 vergi növü ilə dünya lideridir

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Salmanov/

Dünya Bankının 2011-ci ilə olan məlumatına əsasən, Ukrayna 135 vergi növü ilə dünyada birinci yerdə qərarlaşıb. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Ukraynanın Analitik Mərkəzinin rəhbəri Oleksandr Oxrimenko bəyan edib.

Məlumata əsasən, vergi növü reytinqində ikinci yeri Rumıniya tutur. Bu ölkədə 113 fərqli vergi növü mövcuddur. Siyahının üçüncüsü isə 72 vergi növü ilə Yamaykadır.

Ən az vergi növü isə Honkonqdadır. Burada cəmi 3 növ vergi ödənilir. 4 növ vergi toplayan ölkələr isə Gürcüstan, İsveç, Norveç və Sinqapurdur.

Xəbər lenti

Xəbər lenti