...

Azərbaycanın bəzi ərazilərində lokal yağışlar gözlənilir

Cəmiyyət Materials 28 Aprel 2012 11:29 (UTC +04:00)
Aprelin 29-30-da ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Azərbaycanın bəzi ərazilərində lokal yağışlar gözlənilir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 29-30-da ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, aprelin 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacaq.

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin sürəti saniyədə 5-10 olacaq. Gündüz cənub küləyi saniyədə 7-12 metr sürəti ilə əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Aprelin 29-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.

Şərq küləyi saniyədə 5-10 metr sürəti ilə əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.

Dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti