...

Azərbaycanda bu il 4 mindən çox mənzil məcburi köçkünlərin ixtiyarına veriləcək

Cəmiyyət Materials 3 May 2012 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu il 4178 mənzil tikilərək məcburi köçkünlərin ixtiyarına veriləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Komitənin "Azərbaycan" qəzeti redaksiyası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar olaraq təşkil etdiyi "Heydər Əliyev və müasir Azərbaycan: qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin 9 rayonunda məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün tikinti işləri aparılır.

Həsənov deyib ki, Prezident İlham Əliyevin bununla bağlı bu ilin əvvəlində verdiyi tapşırıq vaxtında yerinə yetiriləcək.

Komitə sədri vurğulayıb ki, 2000-ci illərin əvvəlində məcburi köçkünlərin 75 faizi yoxsulluq şəraitində yaşayırdısa, ötən il bu rəqəm 18 faizə enib. "Ötən il bir məcburi köçkün üçün xərclənən vəsait 900 dollara bərabər olub ki, bu da dünyanın heç bir münaqişəli yerində qeydə alınmayıb", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti