...

"Eurovision"la əlaqədar Bakıda bəzi xəstəxanalar gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət Materials 4 May 2012 10:41 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı bəzi səhiyyə müəssisələri gücləndirilmiş rejimdə işləyəcək.
"Eurovision"la əlaqədar Bakıda bəzi xəstəxanalar gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı bəzi səhiyyə müəssisələri gücləndirilmiş rejimdə işləyəcək. Bunu cümə günü Trend-ə Bakı Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Kliniki Tibbi Mərkəz, 2 saylı Şəhər Kliniki Uşaq Xəstəxanası, 5 saylı Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsi, 5 saylı Doğum Evi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Qonaqlardan xəstəliklə bağlı müraciətlər olsa, həmin şəxslər bu müəssisələrə aparılacaq", - Nağıyev əlavə edib.

O deyib ki, müəssisələr mayın 12-dən - "Eurovision"ın məşqləri başlayandan gücləndirilmiş rejimdə işləyəcəklər. Adıçəkilən müəssisələrdə bunun üçün lazımi şərait yaradılıb və onlar nəzarətdə saxlanılır.

Nağıyevin sözlərinə görə, müsabiqə ilə əlaqədar dövlət səviyyəsində xüsusi ştab yaradılıb.

Xəbər lenti

Xəbər lenti