...

Azərbaycanda professor-müəllimlər yeni normalarla dərs deməyə başlayıblar

Cəmiyyət Materials 8 İyun 2012 12:03 (UTC +04:00)
Azərbaycanın ali məktəblərində professor-müəllimlər yeni normalarla dərs deməyə başlayıblar.
Azərbaycanda professor-müəllimlər yeni normalarla dərs deməyə başlayıblar

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali məktəblərində professor-müəllimlər yeni normalarla dərs deməyə başlayıblar.

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev cümə günü Trend-ə deyib ki, artıq professor-müəllim heyətinin tədris işlərinin növləri üzrə yeni vaxt normalarının tətbiqinə başlanılıb.

Onun sözlərinə görə, professor-müəllimlərin dərs yükü 500 saat müəyyənləşdirilməlidir. Onun da ən azı, 300 saatı aktiv olmalıdır. Başqa sözlə, professor-müəllimlər auditoriyada 300 saat dərs keçməlidirlər.

"İndiyədək müəllimlər üçün sadəcə, 500 saat müəyyənləşdirilirdi. Amma onun 300 saatının hökmən aktiv saat olması məsələsi yox idi", - Mustafayev əlavə edib.

O deyib ki, müəllim aktiv dərs saatını tələbələrə mühazirə, məşğələ kimi keçə bilər.

"Müəllim qalan 200 saatını isə buraxılış işinə, doktorantlara rəhbərlik edə bilər. Əvvəllər elə müəllim var idi ki, yalnız 150-200 saatını auditoriyada olurdu, qalan dərs saatları üçün isə 3-4 aspirant, dissertant, magistr, doktorant götürürdü və hansısa elmi işə rəhbərlik edirdi. Bununla da müəllimin dərs yükü 500 saata gəlib çıxırdı", - Mustafayev əlavə edib.

Şöbə müdiri deyib ki, artıq müəllimlər üçün 300 dərs saatının aktiv olması məcburiləşdirilib. Bunda məqsəd müəllimin auditoriyada daha çox vaxt keçirməsi, onun auditoriyada daim tələbə ilə ünsiyyətdə olmasını təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti