...

Azərbaycan Rusiya ilə təhsil sahəsində əlaqələrin genişləndirilməsini istəyir

Cəmiyyət Materials 28 İyun 2012 15:31 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında orta təhsil sahəsində əlaqələr genişləndirilməlidir. Trend-in məlumatına görə, bunu cümə axşamı üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində "Rusiya və Azərbaycanın humanitar sahədəki əməkdaşlığının hazırkı vəziyyəti" mövzusunda "dəyirmi masa"da Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov bildirib.
Azərbaycan Rusiya ilə təhsil sahəsində əlaqələrin genişləndirilməsini istəyir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Rusiya arasında orta təhsil sahəsində əlaqələr genişləndirilməlidir. Trend-in məlumatına görə, bunu cümə axşamı üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində "Rusiya və Azərbaycanın humanitar sahədəki əməkdaşlığının hazırkı vəziyyəti" mövzusunda "dəyirmi masa"da Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr ali təhsil səviyyəsində kifayət qədər intensiv xarakter daşısa da, orta təhsil səviyyəsində şagirdlərlə bağlı layihələr istənilən səviyyədə deyil.

"Hazırda 250 azərbaycanlı gənc Rusiyada təhsilini davam etdirir. Bu yerlərdən bir hissəsi də TQDK və Rusiya Azərbaycanlıları Konqresi ilə birgə təqdim olunan seçim nəticəsində müəyyən olunmuş gənclərdir", - Novruzov deyib.

Onun sözlərinə görə, 2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı üçün təsdiq olunmuş ali məktəblər siyahısında Rusiyanın 55 ali məktəbi yer alıb. İndiyədək Rusiyanın 90-dək ali məktəbinə xüsusilə də texniki mühəndislik ixtisası üzrə tələbələr göndərilib. Hazırda isə 60-a yaxın tələbə Rusiyada təhsil alır", - Qulu Novruzov deyib.

Xəbər lenti

Xəbər lenti