...

Bakıda sərnişin qatarı və avtobusun toqquşması ilə nəticələnən yol qəzası ilə bağlı təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 3 Sentyabr 2012 17:32 (UTC +04:00)
Bakıda sərnişin qatarı və sərnişin avtobusunun toqquşması ilə nəticələnən yol qəzası ilə bağlı təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bakıda sərnişin qatarı və avtobusun toqquşması ilə nəticələnən yol qəzası ilə bağlı təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Bakıda sərnişin qatarı və sərnişin avtobusunun toqquşması ilə nəticələnən yol qəzası ilə bağlı təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Avqustun 31-də paytaxtın Qaradağ rayonu ərazisində 6 nəfərin ölümü və 44 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cinayət işi üzrə Prokurorluğun və Daxili İşlər orqanlarının müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, məhkəmə-tibbi ekspertizaları təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 16-na ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 28-nin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi İsmayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, "Daewoo" markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə həmin məcəllənin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti