...

Azərbaycanın klassik şairlərinin Çexiyada saxlanılan əlyazmaları öyrəniləcək

Cəmiyyət Materials 6 Sentyabr 2012 10:33 (UTC +04:00)
Çexiya Milli Kitabxanasının fondunda aşkarlanan klassik Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi və digər şairlərimizin XVII-XVIII əsrlərə aid qiymətli əlyazmaları ətraflı şəkildə tədqiq olunacaq.
Azərbaycanın klassik şairlərinin Çexiyada saxlanılan əlyazmaları öyrəniləcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Çexiya Milli Kitabxanasının fondunda aşkarlanan klassik Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi və digər şairlərimizin XVII-XVIII əsrlərə aid qiymətli əlyazmaları ətraflı şəkildə tədqiq olunacaq.

Azərbaycan Milli Kitabxanasından cümə axşamı Trend-ə verilən məlumata görə, bu məqsədlə azərbaycanlı mütəxəssis Praqa şəhərinə ezam olunacaq.

Həmin əlyazmalar Milli Kitabxananın direktoru Kərim Tahirovun bu yaxınlarda Praqaya səfəri çərçivəsində Çexiya Milli Kitabxanasının fondunda aşkarlanıb. Əlyazmaların titul vərəqlərinin və son səhifələrinin fotosurəti çıxarılaraq Azərbaycana gətirilib.

Hər iki ölkənin Milli kitabxanalarının rəhbərləri arasında Çexiya Milli Kitabxanasında qorunan qiymətli əlyazmaların Bakıya gətirilməsi və payızda Azərbaycan Milli Kitabxanasının binasında sərginin təşkil olunması barədə razılığa gəlinib. Sərginin keçirilməsi azərbaycanlı alim və mütəxəssislərin bu işlə daha yaxından maraqlanmasına, elmi tədqiqatların aparılmasına yaxından kömək göstərəcək.

Xəbər lenti

Xəbər lenti