...

Bakı Dövlət Universitetinin qrant proqramlarından gəlirləri açıqlanıb

Cəmiyyət Materials 12 Sentyabr 2012 15:15 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) qrant proqramları üzrə bağlanan müqavilələrdən illik gəlirləri altı milyon dollara çatır.
Bakı Dövlət Universitetinin qrant proqramlarından gəlirləri açıqlanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir H.Vəliyev/

Bakı Dövlət Universitetinin (BDU) qrant proqramları üzrə bağlanan müqavilələrdən illik gəlirləri altı milyon dollara çatır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

Məhərrəmovun sözlərinə görə, cari il üzrə beynəlxalq proqramların sayı 43-dür. Universitet 30 ölkə ilə təqribən 5 milyon dollar dəyərində müqavilələr imzalayıb. Bundan başqa, ümumi dəyəri 1,5 milyon manat olan 24 daxili qarant proqramı mövcuddur.

Bütün bunlar Azərbaycan elminin xarici investorlar üçün cəlbediciliyinin bariz nümunəsidir. BDU-nun müqavilələrdən əldə etdiyi gəlirlər avadanlıqların alınması, material-texniki bazanın yaxşılaşdırılması və digər məqsədlər üçün ayrılır.

"Bir vaxtlar ölkədən gedən alimlər hazırda geriyə qayıtmağı planlaşdırırlar. Yəni, əks proses gedir. Hazırda Rusiyada və Avropa ölkələrində yaşayanlardan bir çoxu Azərbaycanda işləmək niyyətindədirlər. Ümid edirəm ki, bu proses Azərbaycanın təhsil müəssisələri üzrə də paralel davam etdiriləcək" , - Məhərrəmov qeyd edib.

Xəbər lenti

Xəbər lenti