...

Təhsil Nazirliyinə məktəb direktorları barədə xeyli şikayət daxil olub

Cəmiyyət Materials 11 Oktyabr 2012 12:56 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən ay daxil olmuş 69 şikayət məzmunlu müraciətin əksəriyyəti ümumi təhsil məktəbləri ilə əlaqədardır.
Təhsil Nazirliyinə məktəb direktorları barədə xeyli şikayət daxil olub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə sentyabr ayında 1441 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən ay daxil olmuş 69 şikayət məzmunlu müraciətin əksəriyyəti ümumi təhsil məktəbləri ilə əlaqədardır. Şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əməkhaqqından qanunsuz tutulmalarla əlaqədardır.

Müraciətlərin araşdırılması zamanı xeyli sayda şikayətin anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Ali təhsil müəssisələri ilə bağlı daxil olan şikayətlər dövlət ali təhsil müəssisələrində dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, yay semestri təşkil olunmuş ali təhsil müəssisələrində imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinə baxılması qaydalarının pozulması ilə əlaqədar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti