...

Azərbaycanda müəllimlərin fəaliyyəti lisenziyalaşdırılacaq

Cəmiyyət Materials 11 Oktyabr 2012 16:46 (UTC +04:00)
Yaxın illərdə Azərbaycanda müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması nəzərdə tutulur. Bunu cümə axşamı Trend-ə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycanda müəllimlərin fəaliyyəti lisenziyalaşdırılacaq

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın illərdə Azərbaycanda müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması nəzərdə tutulur. Bunu cümə axşamı Trend-ə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması təhsillə bağlı qanunvericilikdə də öz əksini tapıb.

Nazir bildirib ki, lakin hələlik bunun həyata keçirilmə mexanizmi hazırlanmayıb.

Mərdanov onu da əlavə edib ki, bu gün Azərbaycanda müəllimlik fəaliyyətinin stimulllaşdırılması üçün tədbirlər görülür. Nazir buna misal kimi hər il "Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsini göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti