...

Bakıda atmosferə atılan qazların azaldılması ilə bağlı velosiped yürüşü keçirilib

Cəmiyyət Materials 13 Oktyabr 2012 12:38 (UTC +04:00)
Nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azaldılmasının təbliğ edilməsi məqsədilə oktyabrın 13-də velosiped yürüşü keçirilib.
Bakıda atmosferə atılan qazların azaldılması ilə bağlı velosiped yürüşü keçirilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azaldılmasının təbliğ edilməsi məqsədilə oktyabrın 13-də velosiped yürüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, nazirlik və "Təbiətin dostları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Təmiz hava naminə" şüarı altında keçirilən aksiyaya 50 nəfərdən artıq velosipedçi qatılıb.

Yürüşün keçirilməsində məqsəd avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrin azaldılmasının təbliği, ictimaiyyətin diqqətini atmosfer havasının mühafizəsinə yönəltmək, mühərriksiz nəqliyyat vasitələrinin təşviqi, əhalinin ekoloji maarifləndirilməsi, həmçinin, velosipedin ən təhlükəsiz, ekoloji təmiz nəqliyyat vasitəsi olduğunu əhali arasında populyarlaşdırmaqdan ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti