...

Bakıda daha bir yeraltı piyada keçidi tikilir (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2012 13:07 (UTC +04:00)
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Atatürk prospektində yeraltı piyada keçidinin inşasına başlanılıb.
Bakıda daha bir yeraltı piyada keçidi tikilir (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanılıb.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Atatürk prospektində yeraltı piyada keçidinin inşasına başlanılıb.

Layihə "Qələbə" meydanında nəzərdə tutulan müxtəlif səviyyəli yol qovşağının tikintisi çərçivəsində həyata keçirilir. Nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə inşa olunan piyada keçidinin müxtəlif istiqamətlərə giriş-çıxışı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti