...

Azərbaycan Dağıstanın Dərbənd şəhərinə yardım karvanı göndərib

Cəmiyyət Materials 17 Oktyabr 2012 20:01 (UTC +04:00)
Azərbaycan Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində baş vermiş təbii fəlakətdən əziyyət çəkən əhali üçün yardım göndərib.
Azərbaycan Dağıstanın Dərbənd şəhərinə yardım karvanı göndərib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində baş vermiş təbii fəlakətdən əziyyət çəkən əhali üçün yardım göndərib.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev çərşənbə günü jurnalistlərə bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə 18 yük avtomobilindən ibarət yardım karvanı Dərbəndə göndərilib.

Onun sözlərinə görə, yardım şəkər tozu, qənd, makaron, bitki yağı, düyü, çay, un, adyal, dərman preparatları, soyuducu və qaz sobalarından ibarətdir.

Abdullayev bildirib ki, yardım sabah gün ərzində hadisə yerinə çatacaq.

Qeyd edək ki, oktyabrın 10-da Dərbəndə güclü leysan yağışlarının yağması nəticəsində 300-dən çox ev su altında qalmış, 7 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti