...

Azərbaycanda bələdiyyələrlə bağlı yeni sənədlər hazırlanır

Cəmiyyət Materials 18 Oktyabr 2012 14:41 (UTC +04:00)
Azərbaycanda bələdiyyə aparatlarında qulluğa qəbul müsabiqə yolu ilə həyata keçiriləcək.
Azərbaycanda bələdiyyələrlə bağlı yeni sənədlər hazırlanır

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bələdiyyə aparatlarında qulluğa qəbul müsabiqə yolu ilə həyata keçiriləcək.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə Trend-ə bildirib ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, bələdiyyə aparatlarında qulluğa qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçiriləcək.

Onun sözlərinə görə, Mərkəz tərəfindən qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsini tənzimləyəcək normativ akt hazırlanır.

Milli Fəaliyyət Planında bələdiyyə aparatlarında qulluğa qəbulun müsabiqə yolu ilə icrasının 2013-cü ildən başlanılması nəzərdə tutulub.

Səlimzadə bildirib ki, Mərkəzdə "Bələdiyyə qulluqçularının etik davranış qaydaları" da hazırlanır. Onun sözlərinə görə, hazırlanan hər iki sənəd gələcəkdə bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti