...

"Zəfəran" apteklər şəbəkəsi "Extra Card"ın yeni tərəfdaşı oldu

Cəmiyyət Materials 31 Oktyabr 2012 10:00 (UTC +04:00)
"Zəfəran" apteklər şəbəkəsi Azərbaycan Sənaye Bankından "Extra Card" xidmətlərini dəstəkləyən yeni tərəfdaşı oldu.
"Zəfəran" apteklər şəbəkəsi "Extra Card"ın yeni tərəfdaşı oldu

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

"Zəfəran" apteklər şəbəkəsi Azərbaycan Sənaye Bankından "Extra Card" xidmətlərini dəstəkləyən yeni tərəfdaşı oldu.

"Extra Card" istifadəçiləri alınmış malların dəyərini "Zəfəran" apteklər şəbəkəsində faizsiz, 12 ay ərzində ödəmək və bu zaman kartda bonusları toplamaq imkanı əldə edirlər.

Kart il ərzində ölkə daxilində və xaricdə etibarlıdır.

"Zəfəran" apteklər şəbəkəsində bu kart vasitəsilə əldə edilməsi mümkün olan dərmanların siyahısına 10 mindən artıq preparatın adı daxildir.

"Zəfəran" Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti