...

Noyabrın 11-də Azərbaycanda havanın temperaturu aşağı enəcək

Cəmiyyət Materials 9 Noyabr 2012 13:01 (UTC +04:00)
Noyabrın 11-də Azərbaycan ərazisində havanın temperaturu ötən günlə müqayisədə bir qədər aşağı enəcək.
Noyabrın 11-də Azərbaycanda havanın temperaturu aşağı enəcək

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 11-də Azərbaycan ərazisində havanın temperaturu ötən günlə müqayisədə bir qədər aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq.

Noyabrın 11-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də noyabrın 10-da, əsasən gecə və axşam yağış yağacaq. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Noyabrın 11-də yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-7, gündüz 9-13 dərəcə isti olacaq.

Noyabrın 11-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Noyabrın 12-də soyuq hava şəraiti bəzi insanlarda diskomfort hiss yaratsa da, oksigenlə zəngin havanın üstünlüyü müsbət amildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti