...

Azərbaycan qanunvericiliyi mədəniyyət layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsinə şərait yaradacaq

Cəmiyyət Materials 9 Dekabr 2012 12:00 (UTC +04:00)
Azərbaycan qanunvericiliyi mədəniyyət sahəsində yaradıcılıq layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsinə şərait yaradacaq.
Azərbaycan qanunvericiliyi mədəniyyət layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsinə şərait yaradacaq

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan qanunvericiliyi mədəniyyət sahəsində yaradıcılıq layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsinə şərait yaradacaq.

Milli Məclisdən Trend-ə bildiriblər ki, "Mədəniyyət haqqında" hazırlanan yeni qanun layihəsində qeyd olunur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyələşdirilməsi gözlənilən layihələr mədəniyyət sahəsində yaradıcı və peşəkar birliklər tərəfindən təqdim olunmalıdır.

Həmçinin layihədə qeyd olunur ki, mədəniyyət sahəsində yaradıcılıq və peşəkar birliklərə dövlət siyasətinin hazırlanmasında, həyata keçirilməsində və icrasına nəzarət olunmasında iştirak etmələrinə dövlət tərəfindən müvafiq təminat verilir.

Sənəd yaradıcı şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada yaradıcılıq və peşəkar birliklər yaratmasını əks etdirir. Eyni zamanda, hər bir şəxs istənilən birliyə öz mənsubiyyətini müstəqil müəyyən edə və birliyin fəaliyyətində sərbəst iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti